Son dəqiqə

Türkiyə İstanbul Əminə Ərdoğan Qəzza

Dövlət başçılarının xanımları Qəzza üçün İstanbulda bir araya gələcək

Bakı. TurkicWorld:

İstanbulda Türkiyənin birinci xanımı Əminə Ərdoğanın himayəsi altında dövlət və hökumət başçılarının həyat yoldaşlarının iştirakı ilə beynəlxalq görüş keçiriləcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

“Bu yolla güclü həmrəylik olacaq. Qəzzalı bacı-qardaşlarımızın əzablarını yüngülləşdirmək üçün birlik nümayiş etdiriləcək",- deyə Ərdoğan bildirib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

İsrailin Qəzza zolağına hücumu nəticəsində ölənlərin sayı 10 min 569 nəfərə çatıb.

Aytac Süleymanova

Mövzuya görə xəbərlər