Türkiyə "Qəzzada mülki əhali üçün Beynəlxalq Humanitar Konfrans"da iştirak edəcək

Türkiyə "Qəzzada mülki əhali üçün Beynəlxalq Humanitar Konfrans"da iştirak edəcək

Bakı. TurkicWorld:

Türkiyə 9 noyabr tarixində Parisdə keçiriləcək "Qəzzada mülki əhali üçün Beynəlxalq Humanitar Konfrans"da iştirak edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Türkiyə xarici işlər nazirinin müavini Ahmet Yıldız konfransda iştirak edəcək.

Konfransda Qəzzada humanitar ehtiyacların müəyyənləşdirilməsi və onların qarşılanması üçün həll yollarının müzakirə ediləcəyi gözlənilir.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

İsrailin Qəzza zolağına hücumu nəticəsində ölənlərin sayı 10 min 569 nəfərə çatıb.

X: Lamanasadli01