Son dəqiqə

Türkiyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cevdet Yılmaz

Ərdoğan prezident səlahiyyətlərini vitse-prezidentə təhvil verib

Bakı. TurkicWorld:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Cevdet Yılmaza təhvil verib.

TurkicWorld bu barədə Resmi Gazeteye istinadən xəbər verir.

Qeyd olunur ki, bu addım R.T.Ərdoğanın 8-9 noyabr tarixlərində Özbəkistana etdiyi rəsmi səfəri ilə əlaqədar atılıb.

Xatırladaq ki, noyabrın 8-9-da Daşkənddə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XVI sammiti keçiriləcək.

Aytac Süleymanova

Mövzuya görə xəbərlər