Bakı. TurkicWorld:
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/KCK terror təşkilatının kod adı "Tekoşin Cizre" olan terrorçusu Ayşe Arslanı zərərsizləşdirib.
TurkicWorld bu barədə Türkiyə KİV-inə istinadən xəbər verir.
Məlumata görə, Ayşe Arslanın 2004-cü ildə PKK terror təşkilatına qoşulduğu və 2014-cü ildə təşkilatın Suriya qolu olan PYD/YPG-də fəaliyyət göstərdiyi müəyyən edilib.
İraqın şimalında Hakurk bölgəsində aparılan "nöqtə əməliyyatı" ilə Ayşe Arslan zərərsizləşdirilib.