Türkiyədə səfərdə olan Entoni Blinkenə qarşı etiraz aksiyası keçirilib

Türkiyədə səfərdə olan Entoni Blinkenə qarşı etiraz aksiyası keçirilib

Bakı. TurkicWorld:

Türkiyədə səfərdə olan Entoni Blinkenə qarşı etiraz aksiyası keçirilib.

TurkicWorld-un məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyinin qarşısına toplaşan müxtəlif qeyri-hökumət təşkilatları, Ankarada səfərdə olan ABŞ-ın dövlət katibi Entoni Blinkenə və Fələstinə qarşı hərbi əməliyyat keçirən İsrailə qarşı etiraz ediblər.

Əllərində pankart və Fələstin bayraqları ilə şüarlar səsləndirən kütlə, Blinken Ankaranı tərk edənə qədər etirazlarının davam edəcəyini bildirib.

Qeyd edək ki, ABŞ dövlət katibi E.Blinken 5 noyabr tarixində Ankaraya rəsmi səfər edib.

Məlumata əsasən, görüş çərçivəsində İsrail-Fələstin münaqişəsi barədə müzakirələr aparılması gözlənilir.

Aytac Süleymanova