Son dəqiqə

Türkiyə Fələstin Hakan Fidan

Hakan Fidan Fələstin XİN rəhbəri ilə telefon danışığı aparıb

Bakı. TurkicWorld:

Türkiyə xarici işlər naziri Hakan Fidan Fələstinin baş naziri və xarici işlər naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

TurkicWorld xəbər verir ki, bu barədə diplomatik mənbələrdən bildirilib.

Görüşdə Qəzza və İordan çayının qərb sahilindəki son vəziyyət müzakirə edilib, Fələstin Dövlətinin daha çox ölkə tərəfindən tanınması istiqamətindəki səylər qiymətləndirilib.

Xatırladaq ki, bu gün İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqası tərəfindən Qəzzada qırğına son qoyulması və davamlı sülhün təmin edilməsi üçün yaradılmış Təmas Qrupu Ər-Riyadda Fələstin məsələsini müzakirə edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər