ABŞ-da tornado nəticəsində yüzlərlə evə ziyan dəyib

ABŞ-da tornado nəticəsində yüzlərlə evə ziyan dəyib

Bakı. TurkicWorld:

ABŞ-da tornado nəticəsində yüzlərlə evə ziyan dəyib.

TurkicWorld xəbər verir ki, bu barədə Ayova qubernatoru Kim Reynolds Pottavattami qraflığında fövqəladə vəziyyət elan edib.

Ştatda bir çox evlər yararsız hala düşüb.

Səlahiyyətlilər hər kəsin təxliyə edildiyini və yaralıların həyati təhlükəsinin olmadığını bildirib. Qasırğanın təsirindən bəzi park edilmiş avtomobillər aşıb.

10 minə yaxın ev işıqsız qalıb. Omaha Eppley hava limanında da təsirli olan tornado uçuşları dayandırıb.

Hafiz Rufizoğlu