Son dəqiqə

İsrail ABŞ Benyamin Netanyahu Rəfah

İsrail ABŞ-sız da Rəfahda müharibə apara bilər – Netanyahu

Bakı. TurkicWorld:

İsrail ABŞ-sız da Rəfahda müharibə apara bilər.

TurkicWorld-un məlumatına görə, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

“Tək döyüşməli olsaq, tək döyüşəcəyik. Lazım olsa, dırnaqlarımızla döyüşərik. Amma bizdə dırnaqlardan çox şey var” – deyə o açıqlamasında qeyd edib.

Xatırladaq ki, İsrail ordusu may ayının 6-da Rəfahda hərbi əməliyyatlara başlayıb.

Tasnem Ismukhan

Mövzuya görə xəbərlər