Son dəqiqə

Türkiyə Norveç Hakan Fidan

İsrailə təzyiqlər artırılmalıdır – Hakan Fidan

Bakı. TurkicWorld:

İsrailə təzyiqlər artırılmalıdır.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan norveçli həmkarı Espen Barth Eide ilə görüşü zamanı deyib.

Hakan Fidan bu gün diplomatik təmaslar çərçivəsində, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Norveçin xarici işlər naziri Espen Barth Eide ilə görüşüb.

Görüş zamanı, Fidan beynəlxalq ictimaiyyətdə İsrailə qarşı artan reaksiyalara diqqət çəkərək, İsrailə təzyiqlərin artırılması lazım olduğunu vurğulayıb.

Eyni zamanda Fələstin Dövlətinin daha çox ölkə tərəfindən tanınması üçün atılacaq addımlar müzakirə edilib.

Məlumat üçün qeyd edək ki, iki ölkə arasında NATO çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər