Bakı. TurkicWorld:
Türkiyənin milli boksçusu Samet Gümüş Avropa çempionu olub.
TurkicWorld xəbər verir ki, Gümüş kişilər arasında 51 kiloqram çəki dərəcəsində Avropa çempionu olub.
Böyüklər kateqoriyasında ilk Avropa çempionatında finala yüksəlməyi bacaran 22 yaşlı Samet Serbiyanın paytaxtı Belqradda keçirilən yarışda qızıl medal uğrunda macarıstanlı Atila Bernath ilə yarışıb. 3 turun sonunda 5 hakimdən 4-dən yüksək bal toplayaraq çempion olub.
Beləliklə, Türkiyə 2024-cü il Avropa Boks Çempionatını üç qızıl və iki bürünc medalla başa vurub.
Hafiz Rufizoğlu