Bakı. TurkicWorld:
Biz Türkiyənin Avropa İttifaqına üzvlük prosesini dəstəkləyirik.
TurkicWorld-un məlumatına görə, bu sözləri İsveç xarici işlər naziri Billström deyib.
"Vilnüsdə İsveç, Türkiyə və NATO ilə Türkiyə adına müsbət hərəkət edəcəyimiz istiqamətində bir bəyannamə imzalandı. Aİ və Türkiyənin bir sıra mühüm sahələrdə artıq sıx əməkdaşlıq etdiyini və bu əməkdaşlığın hər iki tərəfin xeyrinə siyasi və iqtisadi əlaqələri daha da inkişaf etdirdiyinin şahidi oluruq. Xüsusilə təhlükəsizlik, miqrasiya və ticarət məsələləri sahəsində bu əlaqələrin çoxlu nümunələri var. Türkiyənin Aİ-yə üzvlüyü prosesini dəstəkləyirik",- deyə nazir bildirib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10 iyul tarixində Vilnusda Türkiyə, NATO və İsveçin iştirakı ilə üçlü görüşdə İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası ilə bağlı qərarını verib.
Qeyd edək ki, 25 oktyabr tarixində isə İsveçin NATO-ya qəbul protokolu ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinə göndərilib.
Aytac Süleymanova