Türkiyə və Rumıniya tarixi bağlara malik iki strateji tərəfdaşdırlar - Yalçın Topçu

Türkiyə və Rumıniya tarixi bağlara malik iki strateji tərəfdaşdırlar - Yalçın Topçu

Bakı. TurkicWorld:

Türkiyə və Rumıniya tarixi bağlara malik iki strateji tərəfdaşdırlar.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu bildirib.

“Türk-Rumıniya Dostluq, Mədəniyyət və İncəsənət Gecəsinin iki ölkə arasında hər sahədə yaxşı əlaqələrin daha da yüksək səviyyələrə daşınmasına vəsilə olacağına inanırıq. Türkiyə və Rumıniya iki strateji tərəfdaş, dost xalq və dövlətlərdir ki, onlar tarixi bağlara malikdirlər.” – deyə o qeyd edib.

Yalçın Topçu bildirib ki, Rumıniyada yaşayan on mindən çox türk vətəndaşının və 70 mindən çox Krım tatarı, noqay, türkmən və qaqauz soydaşların olması iki ölkə arasındakı münasibətləri daha da gücləndirir.

Məlumat üçün qeyd edək ki, Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçuya “Türk Dünyasına Xidmət Mükafatı” təqdim edilib.

Xatırladaq ki, bu gün Buxarestdə Türkiyə Cümhuriyyətinin 100 illiyi və Türkiyə ilə Rumıniya arasında diplomatik əlaqələrin qurulmasının 145 illiyi münasibətilə azərbaycanlı dizayner Gülnarə Xəlilovanın Qarabağ və Türk Dünyası kolleksiyasının təqdimatı keçirilib.

Hafiz Rufizoğlu