Türkiyə Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatı Cevdet Yılmaz Astana

Ərdoğan prezident səlahiyyətlərini vitse-prezidentə təhvil verib

Bakı. TurkicWorld:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Cevdet Yılmaza təhvil verib.

TurkicWorld bu barədə Resmi Gazeteye istinadən xəbər verir.

Qeyd olunur ki, bu addım R.T.Ərdoğanın Qazaxıstana etdiyi rəsmi səfəri ilə əlaqədar atılıb.

Xatırladaq ki, bu gün Rəcəb Tayyib Ərdoğan Türk Dövrü” mövzusu ilə keçiriləcək Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə toplantısında iştirak etmək üçün Astanaya səfər edəcək.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər