Son dəqiqə

Türkiyə TBMM Cevdet Yılmaz

İnsan İnkişafı İndekslərinə görə ilk 20 ölkə arasında olmağı hədəfləyirik - Cevdet Yılmaz

Bakı. TurkicWorld:

İnsan İnkişafı İndekslərinə görə ilk 20 ölkə arasında olmağı hədəfləyirik.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türkiyə Böyük Millət Məclisində 12-ci İnkişaf Planı ilə bağlı açıqlamasında deyib.

"Cümhuriyyət əsasında türk əsrinin inkişaf infrastrukturunu təşkil edən xidmətlər 21 ildə hər sahədə qurulub. Bir əsr əvvəl istiqlal mübarizəsi aparan Türkiyə şanlı tarixi, demokratiya və inkişafı ön planda tutan addımları ilə hər sahədə firavan ölkə olmaq yolunda qətiyyətli addımlar atır. 12-ci İnkişaf Planı 2053-cü il vizyonuna əsasən hazırlanıb", - deyə o bildirib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) tərəfindən dərc edilən 2022-ci il İnsan İnkişafı Hesabatına (HDR) əsasən, Türkiyə 48-ci yerdədir.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər