Son dəqiqə

Türkiyə Fələstin İsrail Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi Mahinur Özdemir Göktaş Qəzza

Qəzzaya sosial xidmət dəstəyi göstərməyə hazırıq - Türkiyəli nazir

Bakı. TurkicWorld:

Qəzzaya əlimizdən gələn bütün sosial xidmət dəstəyini çatdırmağa hazırıq.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş deyib.

"Türkiyə Ukraynada baş verənlərə ilk reaksiya verən və yardım edən ölkələrdən oldu. Bu gün Fələstinə qarşı dəstəklə ilk çıxış edən də biz olduq. Biz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında humanitar böhrana tez bir zamanda son qoymaq üçün bütün səylərimizi göstəririk. Dünya ölkələrini hər fürsətdə bu zülmə qarşı mövqe tutmağa çağırırıq", -deyə o vurğulayıb.

Məlumat üçün bildirək ki, İsrailin Qəzzanın hər bölgəsini hədəf alan hücumları 27 oktyabrda bölgənin şimalında intensivləşib.

İsrailin Qəzzaya hücumları nəticəsində ölən mülki vətəndaşların sayı 6 mini ötüb.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər