Kral III Çarlz Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünü təbrik edib

Kral III Çarlz Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünü təbrik edib

Bakı. TurkicWorld:

İngiltərə kralı III Çarlz Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümünü prezident Rəcəb Tayyib Ərdoğana yazdığı məktubla təbrik edib.

TurkicWorld xəbər verir ki, o, İngiltərə ilə Türkiyə arasındakı tərəfdaşlıq və dostluğun davam etməsindən məmnunluğunu ifadə edib.

"Bu əlamətdar gündə, Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Zati-alinizə və Türkiyə xalqına ən səmimi təbriklərimi çatdırıram", - deyə o bildirib.

Ləman Əsədli
Twitter: Lamanasadli01