Son dəqiqə

Türkiyə Almaniya Cevdet Yılmaz

Cevdet Yılmaz almaniyalı naziri qəbul edib

Bakı. TurkicWorld:

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habeck və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.

TurkicWorld-un məlumatına görə, Türkiyə Böyük Millət Məclisində keçirilən görüşdə Türkiyə ilə Almaniya arasında ticarət həcminin artırılması, sıx ünsiyyət və qarşılıqlı səfərlərlə diplomatik əlaqələrin gücləndirilməsi, müdafiə sənayesi, rəqəmsal və yaşıl transformasiya sahələrində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib.

Görüşdə Türkiyə-Avropa İttifaqı münasibətlərinin müzakirə edildiyi, danışıqlar prosesinin canlandırılması, viza rejiminin sadələşdirilməsi, Gömrük İttifaqına yenidən baxılması, qlobal və regional hadisələrlə bağlı sıx əməkdaşlıqda işləmək zərurəti də vurğulanıb.

Aytac Süleymanova

Mövzuya görə xəbərlər