Son dəqiqə

Türkiyə Türkmənistan Cevdet Yılmaz

Cevdet Yılmaz Türkmənistana rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz 6-8 dekabr tarixlərində nümayəndə heyəti ilə Türkmənistana rəsmi səfər edəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Cevdet Yılmaz məlumat verib.

"Türkmənistanda Türk İxrac Məhsulları Sərgisi keçiriləcək və iş adamlarının bu sərgiyə böyük maraq göstərməsi gözlənilir. Rəsmi nümayəndə heyəti ilə orada olacağam. Bir tərəfdən hökumətlərarası danışıqlar, digər tərəfdən də özəl sektorlar arası danışıqlarla bu fürsətdən birlikdə yararlanacağımıza və ticarətimizi yüksəldəcəyimizə ürəkdən inanıram. Sərmayələr və digər məsələlərdə əməkdaşlığı daha yüksək səviyyəyə çatdıracağıq", - deyə Cevdet Yılmaz bildirib.

Qeyd edək ki, Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov Türkiyədə rəsmi səfərdədir.

Mövzuya görə xəbərlər