İsveçin NATO-ya qəbul protokolu ilə bağlı qanun layihəsi TBMM-nın Xarici Əlaqələr Komitəsinə göndərilib

İsveçin NATO-ya qəbul protokolu ilə bağlı qanun layihəsi TBMM-nın Xarici Əlaqələr Komitəsinə göndərilib

Bakı. TurkicWorld:

İsveçin NATO-ya qəbul protokolu ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinə göndərilib.

TurkicWorld-un məlumatına görə,İsveçin Şimali Atlantika müqaviləsinə qoşulmasına dair protokolun təsdiqinə dair qanun layihəsi TBMM sədri Numan Kurtulmuş tərəfindən imzalanaraq Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinə göndərilib.

Protokolun əsaslandırmasında Alyansa birlikdə daxil olmaq üçün müraciət edən Finlandiya və İsveçin NATO-nun ən yaxın iki tərəfdaşı kimi müəyyən edildiyi, iki ölkənin Alyansla hərtərəfli və çoxölçülü əməkdaşlıq həyata keçirdiyi bildirilib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10 iyul tarixində Vilnusda Türkiyə, NATO və İsveçin iştirakı ilə üçlü görüşdə İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası ilə bağlı qərarını verib.

Aytac Süleymanova