Son dəqiqə

Türkiyə Burak Dağlıoğlu

İnvestisiyalar sayəsində Türkiyə regional mərkəzə çevrilib - Burak Dağlıoğlu

Bakı. TurkicWorld:

İnvestisiyalar sayəsində Türkiyə regional mərkəzə çevrilib.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə Prezident Adminstrasiyasının İnvestisiya İdarəsinin rəhbəri Burak Dağlıoğlu deyib.

"Bütün ölkələr investisiya mühitini aktual tutmağa və investisiya mühitlərini paralel və ya qlobal tendensiyalara uyğun formalaşdırmağa çalışırlar. Türkiyə investisiya mühitini hər zaman aktual saxlayıb və investorlar üçün əlverişli investisiya mühiti yaradıb. Bu güclü islahat hərəkatları cənab prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında həyata keçirilir. Türkiyə yüksək məhsuldarlığa, çox savadlı əmək ehtiyatına malikdir. Bu, həm yerli şirkətlər, həm də beynəlxalq investorlar üçün bir üstünlükdür. Beynəlxalq investorlar Türkiyəyə investisiya qoyarkən təkcə 85 milyonluq daxili bazarımızı nəzərə almırlar, onlar ölkəmizin təmin etdiyi güclü infrastruktur və üst quruluşu da nəzərə alırlar. Ətraf ölkələrə logistik əlçatanlıq və enerji, infrastruktur, xəstəxanalar, təhsil və rəqəmsal infrastruktura etdiyimiz investisiyalar sayəsində Türkiyə indi regional mərkəzə çevrilib",- deyə Burak Dağlıoğlu bildirib.

Aytac Süleymanova

Mövzuya görə xəbərlər