Son dəqiqə

NATO İsveç TBMM

İsveçin NATO-ya üzvlük protokolu TBMM-yə göndərilib

Bakı. TurkicWorld:

İsveçin NATO-ya üzvlük protokolu prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanaraq Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərilib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi paylaşım edib.

“İsveçin NATO-ya üzvlük Protokolu 23 oktyabr 2023-cü ildə prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb və Türkiyə Böyük Millət Məclisinə göndərilib” – deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10 iyul tarixində Vilnusda Türkiyə, NATO və İsveçin iştirakı ilə üçlü görüşdə İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası ilə bağlı qərarını verib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər