Son dəqiqə

Türkiyə Türk dövlətləri Yılmaz Tunc

Hədəfimiz Türk dövlətləri arasında vahid məhkəmə şəbəkəsi yaratmaqdır - Türkiyəli nazir

Bakı. TurkıcWorld:

Hədəfimiz, Türk dövlətləri arasında məhkəmə əməkdaşlığını daha da üstün səviyyəyə çatdırmaq üçün vahid Türk məhkəmə şəbəkəsini yaratmaqdır.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç deyib.

"Nazirlik olaraq gələcəkdə hüquqi yardım ölçüsü ilə beynəlxalq ikitərəfli əlaqələrin yaxşılaşdırılması istiqamətində addımlar atmağa davam edəcəyik. Ölkələr arasında məhkəmə əməkdaşlığı həm hüquqi, həm də cinayət işlərində imzalanan müqavilələr vasitəsilə davam etdirilir. Bu müqavilələr təşkilatımıza üzv olan dost və qardaş ölkələrimizlə birliyimizin təzahürüdür. Türk dövlətləri arasında məhkəmə əməkdaşlığını daha da üstün səviyyəyə çatdırmaq üçün vahid Türk məhkəmə şəbəkəsi yaratmağı hədəfləyirik",- deyə nazir bildirib.

Aytac Süleymanova

Mövzuya görə xəbərlər