Son dəqiqə

Fələstin İsrail Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələri Zeki Aktürk

Türkiyə ordusu Fələstinə hər cür yardım göstərməyə hazırdır - Türkiyə MN

Bakı. TurkicWorld:

Türkiyə ordusu Fələstinə hər cür yardım göstərməyə hazırdır.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk deyib.

"Türkiyənin Fələstinə yardım səyləri davam edir. Bu çərçivədə, veriləcək göstərislər əsasında, Türkiyə Silahlı Qüvvələri həm humanitar yardımda, həm də təxliyə işlərində iştirak etməyə hazırdır",- deyə o bildirib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1400-ü keçib, 3000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Xatırladaq ki, 17 oktyabr tarixində İsrail Qəzzada yerləşən xəstəxananı bombalayıb. Hücum zamanı ən az 500 nəfər həyatını itirib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər