Qəzzada bütün bəşəriyyətin vicdanı məhv olur - Əminə Ərdoğan

Qəzzada bütün bəşəriyyətin vicdanı məhv olur - Əminə Ərdoğan

Bakı. TurkicWorld:

Qəzzada bütün bəşəriyyətin vicdanı və mərhəməti ölür.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin birinci xanımı Əminə Ərdoğan deyib.

“Qəzzada təkcə günahsız dinc sakinlər, günahsız qadınlar və uşaqlar yox, bütün bəşəriyyətin vicdanı və mərhəməti ölür. 2009-cu ildə İstanbulda liderlərin həyat yoldaşları ilə bir araya gəldik və "Fələstində Sülh Qadınlar Toplantısı"nda canları alınan günahsızlar üçün dünyaya səsləndik. Həmin günlərdə də Qəzzada kədər və göz yaşları hökm sürürdü və acı içində böyük bir insanlıq faciəsinin şahidi olurduq. Türkiyə olaraq zalımların qarşısına çıxdıq, dünyaya “barış” dedik. Yenə eyni yerdəyik. Bu zülmü seyr edən insanlığa səslənirəm, Qəzzədə uçurtmalar uçsun, bomba yox! Uşaqların səsi ucalsın, ağrılı qışqırıqlar deyil! Səmanı tüstü deyil buludlar örtsün! Türkiyə, məzlum və günahsızların səsi Qəzza xalqına kömək əlini uzatmağa davam edir və edəcək. Beynəlxalq ictimaiyyəti konkret addımlar atmağa dəvət edirəm və ümid edirəm ki, bir daha qan tökülməyəcək",- deyə Əminə Ərdoğan bildirib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1400-ü keçib, 3000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Aytac Süleymanova

Twitter: a_alieva_