Son dəqiqə

Cevdet Yılmaz

Mülki vətəndaşların bombalanması müharibə cinayətidir – Cevdet Yılmaz

Bakı. TurkicWorld:

Mülki vətəndaşların bombalanması müharibə cinayətidir.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.

“İsrailin Qəzzada xəstəxanaya hücumu nəticəsində bu gün yüzlərlə insanın həyatını itirməsi bəşəriyyət üçün böyük faciədir. Günahsız insanların qanının daha da tökülməsinin qarşısını almaq üçün səy göstərmək bəşəriyyət adından ümumi borcumuzdur. Bütün dünya, xüsusilə BMT və regional liderlər bu vəhşiliyə son qoymaq, gərginliyi azaltmaq və daimi həll yolu tapmaq üçün hərəkətə keçməlidir” – deyə Cevdet Yılmaz vurğulayıb.

O bildirib ki, İsraili qeyd-şərtsiz dəstəkləyənlərin bu hadisələrdən sonra mövqelərinə yenidən baxmalarını gözləyirik.

Məlumat üçün qeyd edək ki, bu gün İsrail Qəzza zolağında yerləşən Əl Əhli və Əl Məmmədani xəstəxanalarını və Əl-Maqazi Qaçqınlar Düşərgəsindəki UNRWA-ya bağlı məktəbi bombalayıb.

Hücum zamanı 800-dən çox şəxs həyatını itirib.

Bildirək ki, Fələstin baş verən hücumdan sonra 3 günlük matəm elan edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər