Bakı. TurkicWorld:
Mülki əhalini hədəfə almaq birbaşa terror taktikasını tətbiq etməkdir.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.
"Xəstəxanaların bombalanması ağır cinayətdir. Tibbi yardım alan insanların öldürülməsi sərhədi keçmək deməkdir. Mülki əhalini hədəfə almaq birbaşa terror taktikasını tətbiq etməkdir. "Qəzzada Baptist Xəstəxanasına edilən kimi vicdansız hücumlar qəbuledilməzdir. Sayları minlərlə olan günahsız dinc sakinlər kifayət qədər əziyyət çəkiblər. Buna son qoyulmalıdır" – deyə Fahrettin Altun bildirib.
O qeyd edib ki, İsrailin dinc insanlara qarşı növbəti cinayətlər törətməsinin qarşısını almaq üçün bütün dünya bir araya gəlməlidir.
Məlumat üçün qeyd edək ki, bu gün İsrail Qəzza zolağında yerləşən Əl Əhli və Əl Məmmədani xəstəxanalarını və Əl-Maqazi Qaçqınlar Düşərgəsindəki UNRWA-ya bağlı məktəbi bombalayıb.
Hücum zamanı 800-dən çox şəxs həyatını itirib.
Bildirək ki, həyatını itirənlərin sayının artması gözlənilir.
Hafiz Rufizoğlu







