Son dəqiqə

Türkiyə Rusiya Vladimir Putin

Türkiyədə yaradılması planlaşdırılan təbii qaz mərkəzi layihəsinə Azərbaycan maraq göstərir - Putin

Bakı. TurkicWorld:

Türkiyədə yaradılması planlaşdırılan təbii qaz mərkəzi layihəsinə Azərbaycan maraq göstərir.

TurkicWorld-un məlumatına görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.

"Türkiyədə yaradılması planlaşdırılan təbii qaz mərkəzi dünya ölkələrinin marağındadır. İşlər irəlilədikcə digər ölkələrin də layihəyə qoşulmasını gözləyirik. Biz ilk növbədə Avropa qitəsinə yünəlmiş təbii qaz ticarəti üçün elektron platforma yaratmaqdan danışırıq. Bu layihədə türk dostlarımız, biz və Avropada Rusiya resurslarını almaq istəyən hər kəs maraqlıdır”,- deyə Putin bildirib.

Putin qeyd edib ki, "Türk axını" və "Mavi Axın" vasitəsilə Türkiyəyə təbii qazı səmərəli şəkildə çatdırmağa davam edirik və gələcəkdə bu infrastrukturu genişləndirəcəyik.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 4 sentyabr tarixində Rusiyaya rəsmi səfər edib. Səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Məlumat üçün bildirək ki, Türkiyə prezidenti vurğulayıb ki, təbii qaz mərkəzi yaratmaq planımız var. Bu planı Rusiya ilə müzakirə edəcəyik. Biz bu mərkəzi təkcə təbii qaz üçün deyil, həm də enerji və mədən üçün planlaşdırırıq, geniş hədəfləri olan bir mərkəz yaratmaq istəyirik. Bu mərkəzi Ataşehirdəki Maliyyə Mərkəzimizin bir blokunda qura bilərik.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər