Bakı. TurkicWorld:
Türk Hava Yolları (THY) sentyabr ayında 7,9 milyon sərnişin daşıyıb.
TurkicWorld-un məlumatına görə, bu barədə THY açıqlama verib.
Ümumi sərnişin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz artaraq 7,9 milyona çatıb.
THY-nin beynəlxalq doluluq nisbəti 84,6 faiz, daxili doluluq nisbəti isə 87,3 faiz olub.
2022-ci ilin sentyabr ayında beynəlxalq transfer sərnişinlərinin sayı 2,3 milyon olduğu halda, bu ilin eyni dövründə 14,6 faiz artaraq 2,7 milyona çatıb.
Hafiz Rufizoğlu