Son dəqiqə

Türk Hava Yolları

Türk Hava Yolları Beyruta uçuşunu ləğv edib

Bakı,TurkicWorld

İsrailin etdiyi hücumlara görə Türk Hava Yolları (THY) bu gün Beyruta uçuşunu təxirə salıb.

TurkicWorld xəbər verir ki, bu gün axşam saatlarında İsrail tərəfindən Livanın paytaxtı Beyrutun cənubunda hava hücumu təşkil edilib.

Hücumlar səbəbindən ölkəyə uçuşlarda fasilələr var.

Təhlükəsizlik səbəbiylə iki gündür uçuşları təxirə salan THY bu gecə Beyruta uçuşunu da ləğv edib.

Qeyd edək ki, gecə saatlarında HƏMAS Hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahına atılan raket nəticəsində ölüb.

Mövzuya görə xəbərlər