Son dəqiqə

Türk Hava Yolları

Türk Hava Yollarının təyyarəsində turbulent hadisəsi baş verib

Bakı, TurkicWorld

Türk Hava Yollarının (THY) İstanbul-Taypey arasında TK24 reysi ilə uçan təyyarəsinin turbulentliyə girməsi nəticəsində 4-ü sərnişin və 2-si kabin heyəti olmaqla 6 nəfər yüngül xəsarət alıb.

TurkicWorld xəbər verir ki, bu barədə THY-nin mətbuat müşaviri Yahya Üstün sosial media hesabından açıqlama verib.

“TK24 nömrəli İstanbul-Taypey reysini yerinə yetirən quyruq kodu TC-JJE olan təyyarəmiz Taypey meydanından təxminən 2 saatlıq məsafədə mənfi hava şəraitinə (turbulentlik) məruz qaldı. 214 sərnişini və 17 nəfərlik uçuş heyəti olan təyyarəmizdə turbulentlik səbəbindən 4 sərnişin və 2 kabin heyəti yüngül xəsarət alıb.” – deyə paylaşımda qeyd edilib.

Bildirilib ki, təyyarə heç bir problem olmadan Taypey meydanına eniş edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər