"Türk Hava Yolları" Tel-Əvivə uçuşları dayandırıb

"Türk Hava Yolları" Tel-Əvivə uçuşları dayandırıb

Bakı. TurkicWorld:

"Türk Hava Yolları" aviaşirkəti İsrail və Fələstindəki vəziyyətə görə Tel-Əvivə uçuşları dayandırıb.

TurkicWorld-un məlumatına görə, bu barədə şirkət "X" ("Twitter") sosial şəbəkəsində bildirib.

"[Tel-Əvivə] uçuşlarımız İsraildəki mövcud vəziyyətə görə növbəti xəbərdarlığa qədər dayandırılıb", - deyə qeyd olunub.

Şirkət həmçinin oktyabrın 7-dən oktyabrın 23-dək həyata keçirilməli olan Tel-Əvivə reyslərə biletlərin dəyişdirilməsi və ya qaytarılması qaydalarını da öz saytında dərc edib.