Bakı. TurkicWorld:
Avropa İttifaqının inteqrasiyası yalnız Türkiyənin İttifaqa tam üzvlüyü ilə mümkün olacaq.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Gələn il biz iki ölkə arasında dostluq müqaviləsinin 100 illiyini qeyd edəcəyik. Avrointeqrasiya ancaq Türkiyənin birliyə tamhüquqlu üzvlüyü ilə tamamlanacaq. Mən xüsusi olaraq vurğuladım ki, biz tam üzvlükdən başqa heç bir alternativ qəbul etməyəcəyik",- deyə Ərdoğan bildirib.
Ərdoğan Avstriya ilə əlaqələrdən danışarkən qeyd edib ki, iqtisadi və ticari əlaqələrimiz müsbət istiqamətdə gedir. Biz ikitərəfli ticarət hədəfimizi 5 milyard dollar olaraq təyin etmişik, bu il 4 milyard dolları keçəcəyini gözləyirik. Terrorla mübarizədə beynəlxalq əməkdaşlıq və ümumi iradə vacibdir. Biz Avstriyadan bununla bağlı daha sıx əməkdaşlıq gözləyirik.
"Paytaxtı Şərqi Qüds olan, 1967-ci il sərhədlərinə əsaslanan coğrafi bütövlüyə malik müstəqil Fələstin dövlətinin yaradılması lazımdır. Hər gün bu məsələdə gecikirik, bölgəmiz qan-göz yaşı burulğanından xilas ola bilməyəcək. Bölgədə gərginliyi artıracaq, daha çox qan tökülməsinə səbəb olacaq, problemləri daha da dərinləşdirəcək addımlardan çəkinmək lazımdır. Dünən bəzi telefon zəngləri etdim. Mən bu gün Putin və Quterreşlə də görüşəcəyəm. Biz və Körfəz ölkələri də daxil olmaqla, bu danışıqları inkişaf etdirməyə davam edəcəyik. "Ədalətli sülhün uduzanı yoxdur” şüarı ilə regionun bütün nüfuzlu aktorlarını sülhün bərqərar olması üçün məsuliyyət daşımağa çağırırıq. Xüsusilə mülki əhalini və mülki yaşayış məntəqələrini hədəfə alan yanğına yanacaq atmağın heç kimə xeyri yoxdur",- deyə Türkiyə prezidenti vurğulayıb.
Qeyd edək ki, Avstriya kansleri Karl Nehammer bu gün Türkiyədə rəsmi səfərdədir.