Ərdoğan İsrail prezidenti ilə telefon danışığı aparıb

Ərdoğan İsrail prezidenti ilə telefon danışığı aparıb

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail prezidenti İsaak Herzoq ilə telefon danışığı aparıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi paylaşım edib.

“Görüşdə İsrail və Fələstində baş verən hadisələr və bölgədəki gərginliklə bağlı son hadisələr müzakirə edilib. Ərdoğan, Qəzza xalqına ayrı-seçkilik olmadan kollektiv şəkildə zərər verəcək hər bir addımın bölgədəki əzabları və zorakılıq spiralını daha da artıracağını vurğuladı. O, sağlam düşüncə ilə hərəkət etmək lazım olduğunu və tezliklə bölgədə əmin-amanlığın bərqərar olmasının bütün regionun rifahı üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.” – deyə paylaşımda qeyd olunub.

Ərdoğan bildirib ki, Türkiyənin bölgədəki narahatlıq doğuran münaqişələrə son qoyulması və daimi sülhün təmin edilməsi istiqamətində səyləri getdikcə daha da artacaq.

Hafiz Rufizoğlu