Bakı. TurkicWorld:
Türkiyənin Xarici işlər naziri Hakan Fidan, Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə telefon danışığı aparıb.
TurkicWorld-un məlumatına görə, görüş zamanı İsrail və Fələstində baş verən son hadisələr müzakirə edilib.
Qeyd edək ki, 7 oktyabr tarixində İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
Aytac Süleymanova
Twitter: a_alieva_