Son dəqiqə

Türkiyə Burak Dağlıoğlu

Türkiyə regional mərkəz rolunu oynayır - Burak Dağlıoğlu

Bakı. TurkicWorld:

Türkiyə regional mərkəz rolunu oynayır.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə Prezident Adminstrasiyasının İnvestisiya İdarəsinin rəhbəri Burak Dağlıoğlu deyib.

"Cümhuriyyətin ikinci 100-cü ilinə başlayırıq. Dünyanın ilk 10 iqtisadiyyatından biri olmaq istəyirik. 2026-cı il üçün 300 milyard dollar, sonrakı illər üçün isə 400 milyard dollarlıq ixrac hədəfi təyin etmişik. Türkiyə regional mərkəz rol oynayır. Biz Türkiyəni qlobal iqtisadi güc mərkəzinə çevirmək istəyirik. Bu, təkcə istehsalla məhdudlaşmır. Türkiyə əvvəllər enerji sahəsində tranzit xətləri olan bir ölkə idi, indi isə mərkəzi rola malikdir. Digər sektorlarda isə Türkiyənin aviasiyada mərkəzi mövqeyə çatdığını görürük",- deyə Dağlıoğlu bildirib.

Burak Dağlıoğlu qeyd edib ki, inanırıq ki, ölkəmiz qlobal iqtisadi aktor kimi hazırkı statusunu saxlayacaq. Beynəlxalq investisiyalar buna töhfə verir.

Mövzuya görə xəbərlər