Bakı. TurkicWorld:
Şimali İraqda hava əməliyyatı keçirilir.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama verib.
“PKK və digər terror ünsürlərini zərərsizləşdirərək, İraqın şimalından xalqımıza və təhlükəsizlik qüvvələrimizə qarşı terror hücumlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyimizi təmin etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqlarımıza uyğun olaraq, 1 oktyabr 2023-cü il tarixində saat 21.00-da İraqın şimalında yerləşən Metina, Hakurk, Qəndil və Qara bölgələrində terrorçu hədəflərə qarşı hava əməliyyatları həyata keçirilib.” – deyə açıqlamada qeyd olunub.
Terrorçuların olduğu düşünülən mağara, bunker, sığınacaq və anbarlardan ibarət cəmi 20 hədəf məhv edilib.
Teröristler, kendilerini bekleyen sondan kaçamayacak!
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) October 1, 2023
Bir gece ansızın inlerinde vurduk, vurmaya devam edeceğiz.
Tek bir terörist kalmayıncaya kadar da bu mücadele bitmeyecek!#MillîSavunmaBakanlığı pic.twitter.com/ctPwAL7O0S
Hafiz Rufizoğlu







