Bakı. TurkicWorld:
Türkiyənin Habur və Türkgözü gömrük qapılarında əməliyyatlar keçirilib.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyi açıqlama verib.
Ticarət Nazirliyindən verilən məlumata görə, Gömrük Mühafizə Qaçaqmalçılıq və Kəşfiyyat Region Müdirliyi qrupları tərəfindən aparılan risk analizi və sahə araşdırmaları nəticəsində şübhəli olan yük maşınları yaxından izlənilib.
Ümumilikdə 121 min 560 bağlama elektron siqaret tütünü, 312 elektron siqaret, 1047 qutuda 209 kiloqram qəlyan tütünü və 435 oyun konsolu ələ keçirilib.
Ticarət Nazirliyi Gömrük Mühafizə qrupları tərəfindən həyata keçirilən iki əməliyyatda ələ keçirilən qaçaq malların ümumi dəyərinin 28 milyon 75 min türk lirəsi olduğu müəyyən edilib.
Hafiz Rufizoğlu







