Son dəqiqə

Türkiyə Milli Müdafiə Nazirliyi Yaşar Güler Qənirə Paşayeva

Yaşar Gülər Qənirə Paşayevanın vəfatı ilə bağlı Azərbaycan xalqına başsağlığı verib

Bakı. TurkicWorld:

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər millət vəkili Qənirə Paşayevanın ölümü ilə bağlı türk dünyasına başsağlığı verib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi öz rəsmi X (Twitter) hesabında paylaşım edib.

"Azərbaycanlı millət vəkili Qənirə Paşayevanın vəfatını böyük kədərlə öyrəndik. Türk dünyasına sevgisi ilə tanıdığımız, son nəfəsinə qədər Türkiyə və Azərbaycan qardaşlığını dünyaya bəyan edən mərhum Qənirə Paşayevaya Allahdan rəhmət, qardaş Azərbaycan xalqına başsağlığı və səbr diləyirik”, - deyə paylaşımda qeyd edilib.

Xatırladaq ki, ötən gecə millət vəkili Qənirə Paşayeva vəfat edib. Deputat müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib. Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər