Son dəqiqə

Zəngəzur dəhlizi Türk dövlətləri Abdulkadir Uraloğlu

Zəngəzur dəhlizi bütün Türk dövlətlərini maraqlandıran mühüm layihədir - Uraloğlu

Bakı. TurkicWorld:

Zəngəzur dəhlizi bütün Türk dövlətlərini maraqlandıran mühüm layihədir.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

“Zəngəzur dəhlizi təkcə Naxçıvanın Azərbaycanla bağlılığı baxımından deyil, eyni zamanda, 160 milyonluq gənc və dinamik əhalisi, 1 trilyon dolları keçən iqtisadi həcmi ilə bütün Türkiyə dövlətlərini əhatə edən mühüm layihədir”,- deyə nazir bildirib.

Qeyd edək ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana rəsmi səfər edib. Səfər çərçivəsində o, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə aktual regional və qlobal problemlər, xüsusilə Qarabağda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıb.

Bundan əlavə, görüş çərçivəsində Azərbaycan torpaqları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqəni təmin edəcək Zəngəzur dəhlizi də müzakirə olunub. Hər iki ölkə liderləri mətbuata bəyanatla birgə çıxış ediblər. R.T.Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimində iştirak edib.

Mövzuya görə xəbərlər