Bakı. TurkicWorld:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfərində İğdır-Naxçıvan təbii qaz kəmərinin təməlqoyma mərasimində iştirak edəcəyi gözlənilir.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat verib.
Məlumata əsasən, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə Türkiyə prezidentinin aktual regional və qlobal problemlər, xüsusilə Qarabağda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparması gözlənilir.
Bundan əlavə, görüş çərçivəsində Azərbaycan torpaqları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqəni təmin edəcək Zəngəzur dəhlizi də müzakirə olunacaq.
Ləman Əsədli
Twitter:lamanasadli01







