Son dəqiqə

Türkiyə TOGG

TOGG 1 milyon avtomobil istehsalını hədəfləyir

Bakı. TurkicWorld:

Türkiyənin ilk yerli istehsal elektrikli avtomobili TOGG 2032-ci ilin sonuna qədər 1 milyon avtomobil istehsalını hədəfləyir.

TurkicWorld xəbər verir ki, hazırda TOGG Texnologiya Kampusunun tutumu ildə 175 min avtomobildir.

Məlumata əsasən, TOGG avtomobilinin əməliyyat sistemi 2 ay ərzində yenilənəcək. Yenilənmiş əməliyyat sistemi ilə sürücülər avtomobil park edilərkən YouTube proqramından istifadə edə biləcəklər. Ağıllı cihazda müxtəlif naviqasiya proqramlarından da istifadə mümkün olacaq.

Bundan əlavə, TOGG-un sedan modelinin 2024-cü ildə təqdim ediləcəyi gözlənilir.

Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

TOGG satışa başladıqdan sonra dörd ay ərzində bütün elektrikli avtomobil bazarında ən çox satılan marka və model kateqoriyası üzrə liderə çevrilib. TOGG 2023-cü ilin yanvar-avqust aylarında T10X modeli ilə 3 min 400 tədarükü tamamlayaraq elektrikli avtomobil seqmentinin lokomotiv markası olmağı bacarıb.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər