Son dəqiqə

Türkiyə Kalyon Karapınar Günəş Elektrik Stansiyası

Karapınar GES-in istifadəyə verilməsi ilə 400 milyon dollar dəyərində təbii qaz istifadəsinin qarşısı alınıb

Bakı. TurkicWorld:

"Kalyon Energy"nin 1350 meqavat gücündə Karapınar Günəş Elektrik Stansiyasının (GES) istifadəyə verilməsi ilə təxminən 400 milyon dollar dəyərində təbii qaz istifadəsinin qarşısı alınıb.

TurkicWorld xəbər verir ki, bu barədə "Kalyon Energy"nin baş direktoru Murtaza Ata açıqlama verib.

"Bu stansiya 80 faizdən çox lokallaşma dərəcəsi ilə Avropanın ən böyük elektrik stansiyasıdır. İlk gündən 4 milyard kilovat/saatdan artıq elektrik enerjisi istehsal edilib. Bundan əlavə, 3 milyon tondan çox karbon emissiyasının qarşısı alınıb. Karapınar GES bu baxımdan, həm enerji təchizatı təhlükəsizliyinə xidmət etmək, həm də enerjidə xaricdən asılılığı azaltmaq üçün önəmli layihədir", - deyə o əlavə edib.

Xatırladaq ki, 4 may tarixində Avropanın ən böyük Günəş Elektrik Stansiyası hesab edilən Karapınar GES-in Türkiyədə açılış mərasimi keçirilib.

Bərpa Olunan Enerji Resursları Sahələri (YEKA) çərçivəsində yaradılan layihədə ümumilikdə 3 milyon 256 min 38 günəş paneli istifadə edilib.

Bundan əlavə, 1 milyard dollarlıq sərmayə qoyulan zavodun maliyyələşdirilməsinə İngiltərənin ixrac kredit şirkəti (UKEF ) də investisiya yatırımı edib.

Ləman Əsədli

Twitter:lamanasadli01

Mövzuya görə xəbərlər