Son dəqiqə

Türkiyə İsrail Rəcəb Tayyib Ərdoğan

İsraillə enerji sahəsində əməkdaşlıq etməyə başlayacağıq - Ərdoğan

Bakı. TurkicWorld:

İsraillə enerji sahəsində əməkdaşlıq etməyə başlayacağıq.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasına səfəri zamanı deyib.

"İsrail Baş naziri ilə danışıqlar apardıq. Yaxın zamanda İsraillə, ilk növbədə enerji mövzusunda əməkdaşlığa başlayacağıq. Biz təkcə Türkiyəyə deyil, həm də Türkiyədən Avropaya enerji nəqli xətlərinin istismarına başlayacağıq. Hazırda ümumi ticarət dövriyyəmiz 9,5 milyard dollardır. Biz razılığa gəldik ki, ilkin olaraq ümumi ticarət həcmimizi 9,5 milyard dollardan ən azı 15 milyard dollara çatdıraq.” – deyə prezident vurğulayıb.

Ərdoğan bildirib ki, enerji sahəsində əməkdaşlıq Türkiyə və İsraili çox fərqli yerlərə apara bilər.

“İki ölkənin enerji, turizm və texnologiya kimi sahələrdə yeni əməkdaşlıqlar qurmaq üçün birgə işləməsi mümkündür.” – deyə Ərdoğan qeyd edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər