Türkiyə yeni peyk istehsal edir

Türkiyə yeni peyk istehsal edir

Bakı. TurkicWorld:

Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) GÖKTÜRK yeniləmə peyki üzərində çalışır.

TurkicWorld xəbər verir ki, bu barədə TUSAŞ-ın baş direktorunun müavini Selman Nas açıqlama verib.

S.Nas onu da bildirib ki, layihə çərçivəsində bəzi müqavilə və tenderlər artıq tamamlanıb.

"Layihənin ilkin dizaynı may ayında tamamlanıb. Yeni peyk hazır olduqda Türkiyə Hərbi Hava Qüvvələrinə təqdim ediləcək. 2027-ci ildə isə yenilənmiş GÖKTÜRK peykini orbitə göndərməyi hədəfləyirik", - deyə o əlavə edib.

Bundan əlavə, Selman Nas 2024-cü ilin iyun ayında TÜRKSAT 6A peykinin kosmosa göndəriləcəyini də bildirib.

"Bu məqsədlə "Kiçik-GEO" (azaldılmış həcmli rabitə peykləri) hazırlanıb. Bu peykin ən mühüm xüsusiyyəti elektrik olmasıdır. Ömrü digər kimyəvi hərəkət sistemləri ilə eynidir. Elektrikli hərəkət sistemi sayəsində kütləsi azdır. Sayca daha çox istehsal edib istifadəyə verə biləcəyiniz bir peykdir", - deyə o qeyd edib.

Məlumat üçün bildirək ki, TÜRKSAT 6A-nın layihə müqaviləsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 15 dekabr 2014-cü il tarixində TÜBİTAK və TÜRKSAT arasında imzalanıb.

Ləman Əsədli

Twitter: lamanasadli01