Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikası

Beynəlxalq ictimaiyyəti KKTC-nin müstəqilliyini tanımağa dəvət edirik – Ərdoğan

Bakı. TurkicWorld:

Beynəlxalq ictimaiyyəti Şimali Kipr Türk Respublikasının (KKTC) müstəqilliyini tanımağa dəvət edirik.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“KKTC-nin səmimi cəhdlərinə baxmayaraq, federasiya modeli əsasında adada həllin əldə edilə bilməyəcəyi bir həqiqətdir. Biz beynəlxalq ictimaiyyəti bunu qəbul etməyə və KKTC-nin müstəqilliyini tanımağa, bu ölkə ilə diplomatik, siyasi və iqtisadi əlaqələr qurmağa dəvət edirik. Türkiyə Birləşmiş Millətlər Təşkilatının Adadakı Sülh Qüvvələrinin nümayiş etdirməli olduğu qərəzsizliyə ciddi şəkildə əməl etməsini gözləyir.Artıq reputasiyasına xələl gətirən bu gücün Kiprdə növbəti reputasiya itkisi ilə üzləşməsini istəmirik.” – deyə Ərdoğan bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər