Ərdoğan axısqa türklərinə Türkiyə Respublikasının şəxsiyyət vəsiqələrini təqdim edib

Ərdoğan axısqa türklərinə Türkiyə Respublikasının şəxsiyyət vəsiqələrini təqdim edib

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan axısqa türklərinə Türkiyə Respublikasının şəxsiyyət vəsiqələrini təqdim edib

TurkicWorld-un məlumatına görə, Ərdoğan Nyu Yorkdakı Türk Evində qəbul etdiyi axısqa türklərinə Türkiyə Respublikasının şəxsiyyət vəsiqələrini təqdim edib.

"Biz axısqa türklərinin sülh və rifahını öz vətəndaşlarımızdan ayrı görmürük. Onların Türkiyə vətəndaşlığını əldə etmələri üçün lazımi addımları atırıq və bu prosesi sürətləndiririk. 2022-ci ildən başlayaraq, Türkiyə Daxili İşlər Nazirliyinin dəstəyi və səfirliklərimizin, baş konsulluqlarımızın töhfələri ilə 820 axısqa türkü soydaşımız Türkiyə vətəndaşlığını qazanıb. Prosedurları davam edən 578 soydaşımız üçün işimizi tez bir zamanda yekunlaşdıracağıq”,- deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 17-21 sentyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak üçün ABŞ-da səfərdədir.

Aytac Süleymanova

Twitter: a_alieva_