Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Binyamin Netanyahu Alparslan Bayraktar Türkiyə Energetika və Təbii Sərvətlər nazirliyi

Ərdoğanla Netanyahu arasında görüş keçiriləcək

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail Baş naziri Benyamin Netanyahu ilə 17-21 sentyabr tarixlərində Nyu-Yorkda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sammitində görüşəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar jurnalistlərə açıqlamasında bildirib.

Məlumata əsasən, A.Bayraktar Türkiyənin İsrail qazının alınması və Avropaya nəqli ilə bağlı ortaqlığa hazır olduğunu bildirib.

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahunun 28 iyul tarixində Türkiyəyə planlaşdırılan səfəri səhhətinə görə təxirə salınmışdı.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər