Hatayda polad fabrikində ölümlə nəticələnən partlayış baş verib

Hatayda polad fabrikində ölümlə nəticələnən partlayış baş verib

Bakı. TurkicWorld:

Türkiyənin Hatay vilayətində dəmir-polad fabrikində ölümlə nəticələnən partlayış hadisəsi baş verib.

TurkicWorld-un məlumatına görə, Hatayda dəmir-polad fabrikində baş verən partlayış nəticəsində bir işçi ölüb, üç nəfər yaralanıb.

Dəmir kəsmə prosesi zamanı naməlum səbəbdən partlayış baş verib. Partlayışda yaralanan dörd işçi təcili yardımla bölgədəki xəstəxanalara aparılıb. Ağır yaralanan işçilərdən Ömər Faruk Güleçi həkimlərin müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Digər üç işçinin isə müalicəsinin davam etdiyi öyrənilib. Partlayışla bağlı araşdırmalara başlanılıb.

Aytac Süleymanova

Twitter: a_alieva_