Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Körfəz ölkələri

Körfəz ölkələrinin Türkiyəyə investisiyaları ilə bağlı danışıqlar davam edir

Bakı. TurkicWorld:

Körfəz ölkələrinin Türkiyəyə investisiyaları ilə bağlı danışıqlar davam edir.

TurkicWorld xəbər verir ki, Körfəz ölkələri investisiyalar üçün Türkiyədə bərpa olunan enerji ilə yanaşı nəqliyyat layihələrinə də maraq göstərir.

Məlumata əsasən, Körfəz sərmayəçilərinin, xüsusilə, Şimali Mərmərə, İstanbul-İzmir və Çanaqqala avtomobil yolu layihələrində pay sahibi olmaq istədikləri, həmçinin, bəzi liman layihələrində də iştirak edəcəkləri gözlənilir.

Bundan əlavə, dövlət-özəl tərəfdaşlıq modeli ilə həyata keçirilməsi planlaşdırılan Ankara-İstanbul Yüksək Sürətli Qatar Layihəsi də Körfəz kapitalının maraq dairəsində olan layihələrdəndir.

Qeyd edək ki, iyul ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz ölkələrinə səfər edib. Səfər çərçivəsində Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında 50,7 milyard dollarlıq müqavilə imzalanıb.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər