Son dəqiqə

Türkiyə AFAD

Zonquldakda mədən çöküb: bir ölü, altı yaralı

Bakı. TurkicWorld:

Türkiyənin Zonquldak vilayətində mədən çöküb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

İlkin məlumata əsasən, hadisə yerinə çoxlu sayda həkim, polis, AFAD qrupları cəlb edilib.

"İçəridə 280 nəfər var, yeddi nəfər dağıntılar altında qalıb. Onlardan altısı yaralanıb, bir nəfər isə həyatını itirdi. 75 nəfərdən ibarət komanda ilə xilasetmə işləri davam edir", - deyə Zonquldak valisi Osman Hacıbektaşoğlu bildirib.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər